Şənbə, 04 May

Bu gün "Avroviziya-2023"ün finalıdır

image

Bu gün "Avroviziya-2023" Mahnı Müsabiqəsinin finalı baş tutacaq.

Xəbər verilir ki, Liverpulda keçirilən yarışma zamanı 26 ölkə ilk yer uğrunda mübarizəyə qatılacaq.

Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya və ötən ilin qalibi olan Ukrayna finala birbaşa vəsiqə qazanıblar.

Birinci yarımfinalda finala vəsiqə qazanan ölkələr Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç, ikinci yarımfinalda isə Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniya olub.

Xatırladaq ki, ölkəmizi yarışmada Tural və Turan Bağmanov qardaşları təmsil ediblər. "Tell me more" mahnısını ifa edən əkizlər finala vəsiqə qazana bilməyiblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15